“Qızıl top”un sahibi Kriştianu Ronaldo seçildi

“France Football” nəşrinin 2016-cı il üzrə “Ballon d’Or” (Qızıl top) mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo seçilib.

Etikxeber.az xəbər verir ki, mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi ilə müəyyənləşib.

Xatırladaq ki, Kriştianu Ronaldo 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.

Qalibin elan edilməsinə bir neçə saat qalmış Kriştianu Ronaldunun əlində mükafat olan şəklinin “France Football” jurnalının üz qabığında yayılması ilə artıq sosial şəbəkələrdə “Qızıl top”un sahibinin kim olacağına şübhə qalmayıb.

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və braziliyalı hücumçu Neymar da Silva Santos da “Qızıl top” mükafatına namizədlər arasında idilər.

Qeyd edək ki, bu ildən etibarən “France Football” nəşri “Qızıl top”un qalibini 2007-ci ilə qədər olduğu kimi, yenə jurnalistlərin səsverməsi nəticəsində müəyyənləşdirib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub

Read Next

Azərbaycan neftinin qiyməti 57 dollara çatır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir