“Qlobal Bakı Forumu mühüm beynəlxalq platformalardandır…” – KAMİLƏ ƏLİYEVA

Qlobal Bakı Forumu bundan sonra da dünya xəritəsindəki yerini qoruyub, saxlayacaq

Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından olduqca mühüm dialoq platformasıdır.

hikmet-babaoqlu

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

O, qeyd edib ki, prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb və  Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqin ifadəsilə deyilsə, dünya liderlərinin bir növ illik görüş yeri platformasına çevrilib.

Millət vəkilinin dediyinə görə, martın 14-də 7-ci Qlobal Bakı Forumu baş tutdu və hər şeydən öncə iştirakçılığın miqyası və iştirakçıların nüfuzu ilə yadda qaldı.

H.Babaoğlu bildirib ki, Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu faktın özü-özlüyündə bir qiymətləndirmə göstəricisidir.

“Nəzərə almaq lazımdır ki, onların içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var ki , bunlar büynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlar olub. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir.

FORUM-ILYA-2

Qlobal Bakı Forumunun bu ilki gündəliyi olduqca aktual bir mövzuya- “Dünyanın yeni xarici siyasəti” mövsuzuna həsr olunmuşdu. Bunula yanaşı, plenar iclasadan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olndu ki, bunlar da Ortaq Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perespektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir.

Göründüyü kimi,  Bakı Forumu bir növ beyin fırtınası metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağrışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oyanyır. Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan prezidenti bu siyasəti dünyada baş verən proseslərlə üzvi şəkildə bağlı olan, ancaq bununla belə, həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi ki, “Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir.O,bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.

Bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi.Ancaq bu kontekstə Ermənistan-Azərbaycan probleminin həllinə toxunan ölkə prezidenti Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirərək və Ermənistanın işğalçılıq siyasətini forum iştirakçılarının diqqətinə təqdim edərək bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir.

Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb.

İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb.

 Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri də dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik.

 Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.

Bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlər bir çağırış idi . Əgər doğurdan da dünya sülh və sabitlik içərisində yaşamaq istəyirsə, o zaman ikili standrtalar siyasətinə son qoyulmalı, beynəlxal hüququn tələbləri yerinə gətirilməlidir.

Məhz bu istiqamətədə Azərbaycan tərəfindən həyata keçirlən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri,enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizlyi həm də bütövlükdə subregionun ümümi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir”-deyə, millət vəkili sonra deyib.

Həmçinin, əlavə edib ki, çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm bir dialoq platforması kimi olamqla, bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq.

Digər millət vəkili Kamilə Əliyeva da həmkarı kimi, Qlobal Bakı Forumunun uğurlu və faydalı dialoq platformasına çevrildiyini bildirib.

kamilya

Qeyd edib ki, bu, həm də Azərbaycanın dünyanın dialoq məkanı və mərkəzinə çevrilməsinin növbəti əyani sübutu və göstəricisidir.

“Artıq neçə illərdir ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin yeritdiyi son dərəcədə müdrik və uzaqgörən siyasət nəticəsində dünyanın dialoq məkanı funksiyasını uğurla yerinə yetitməkdədir. Ölkəmiz həm milli-dini tolerantlıq, həm də siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və diplomatik dialoq məkanıdır. Azərbaycanda regionumuzu, yerləşdiyimiz coğrafiyanı, bütövlükdə dünyamızı maraqlandıran, narahat edən həm siyasi, həm iqtisadi, həm humanitar, həm hərbi məsələlərlə bağlı ən nüfuzlu və yüksək səviyyəli təbdirlər keçirilir. Bu tədbirlər, toplantılar, forumlar bir-birini əvəzləməkdədir, biri bitməmiş, digər başlayır.

Bu, ölkəmizin yeritdiyi siyasət, uğurlu inkişaf modeli ilə yanaşı, həm də Azərbaycanımıza etimad və etibarla birbaşa bağlı olan bir məsələdir. Artıq region (işğalçı Ermənistan istisna olmaqla-red)  və dünya dövlətləri Azərbaycanın timsalında özlərinin ən etibarlı, ən güvəniləcək tərəfdaşını, müttəfiqini tapıblar, qazanıblar. Onlar Azərbaycana, onun sözünə, ən əsası ölkə prezidenti İlham Əliyevə hər bir məsələdə tam etimad edirlər, Azərbaycanın sözü, çəkisi, nüfuzu, siyasi və iqtisadi gücü ilə hesablaşırlar.

Bilirlər ki, Azərbaycanın razılıq verdiyi, iştirakçısı və təşəbbüskarı olduğu, reallaşdırdığı bütün məsələlərdə ancaq və ancaq böyük xeyir var. Bundan kimsə indiyə qədər ziyan çəkməyib, çəkmir və çəkməyəcək.

Odur ki, Azərbaycanın artıq 7-ci ildir ki, reallaşdırdığı və uğurlu, layiqli şəkildə ev sahibliyi etdiyi Qlobal Bakı Forumu da məhz belə mötəbər tədbirlərdən, effektli, səmərəli dialoq platformalarındandır. Dövlət başçısının da qeyd etdiyi kimi, “Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir…”.

Qeyd edim ki, 7-ci Forumun ilk günü də çox uğurlu şəkildə başa çatdı. Həm Azərbaycan prezidenti Forumda çox tarixi bir çıxış etdi, həm də Foruma qatılan bir çox dövlətlərin sabiq və indiki dövlət və hökumət rəhbərləri, nüfuzlu, tanınmış insanlar öz mövqelərini ortaya qoydular. Həm onları, təmsil etdikləri dövlətləri və xalqları maraqlandıran, narahat edən məsələləri dilə gətirdilər, həm də Forumla, ölkəmizlə bağlı çox yüksək fikirlər səsləndirdilər.

Azərbaycan prezidenti nitqində “Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür”-deyərək, bildirdi ki,  məhz bu səbəbdən Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var.

Bu baxımdan, şəxsən mən də belə  hesab edirəm ki, Qlobal Bakı Forumu bundan sonra da dünya xəritəsindəki layiqli yerini qoruyub, saxlayacaq və istər regionumuzun, istərsə bütövlükdə dünyamızın inkişafına, tərəqqisinə, təhlükəsizliyinə öz töhfələrini verməkdə davam edəcək”-deyə, K. Əliyeva daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Əliyevlə Qani bir arada – FOTO

Read Next

Novruz Məmmədovun parlamentdə ilk hesabatıdır – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir