“Qlobal pandemiya dövründə keçirilən “seçkilər”də belə Qərb dövlətləri və AŞPA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı…”-QƏNİRƏ PAŞAYEVA

Qondarma Dağlıq Qarabağ rejimində “prezident və parlament seçkiləri” məhz qlobal pandemiyanın geniş yayıldığı bir zamanda keçirildi. Dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejimi və havadarının pandemiyaya qarşı gərəkli önləyici tədbirlər almaması diqqətdən kənarda qalmamalıdır. Baş nazir Nikol Paşinyanın və ailəsinin koronavirusa yoluxması heç də təsadüfi deyildi. Bu da onu göstərir ki, işğalçılıq hərisliyi, cəzasılıq və bəzi üzdəniraq qüvvələr dəstək göstərilməsi xunta rejiminə əlavə güc verir və onları yalnız bölgəni deyil, bəşəri təhdid edən qanunsuz əməllərə, cinayətlərə sürükləyir. Qlobal pandemiya dövründə keçirilən “seçkilər”də belə Qərb dövlətləri və AŞPA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, professor Qənirə Paşayeva deyib.

“Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. “Azərbaycanafobiya” sözünün özü vətəndaşlara, hər birimizə çağırışdır və bir proqram xarakteri daşıyır. Bizlərin bu gün nəyi necə edəcəyimiz, kimlərlə hansı məsafədə olacağımız, fəaliyyətdə səmimiliyimiz, vətənpərvərlik qətiyyətimiz ortaya qoyulmalıdır”-deyən millət vəkilinin sözlərinə görə, heç kəsə sirr deyil ki, son vaxtlar AŞPA tamamilə nüfuzdan düşən bir quruma çevrilib.

AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Prezidentin də vurğuladığı kimi, AŞPA və ATƏT-in Azərbaycana qarşı nifrətinin səbəblərindən biri də hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır”…”-deyə, Q. Paşayeva mətbuata açıqlamasında sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

3 NƏHƏNG-3 İSTİQLALÇI…BİR FOTO-İKİ XATİRƏ…- Kamil HƏMZƏOĞLU

Read Next

Daha 314 yoluxma-DAHA 4 ölüm…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir