Qobustan xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 21-də “Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Etikxeber.az

Read Previous

Ölkəmizdə təhlükəsizlik və sabitlik mövcuddur – HADİ RƏCƏBLİ – FOTO

Read Next

Saleh Məmmədov “Şöhrət”ləndirildi və… – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir