Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Siyasilər, rəsmilər, tanınmışlar, məşhurlar arasında qohumluq əlaqələrinin olması heç kim üçün sirr deyil.
Dünyanın hər yerində bunlara rast gəlinir, Azərbaycan və azərbaycanlılar da bu məsələdə istisnalıq təşkil etmir.
Bəs görəsən, birinci çağırış Milli Məclisdən (MM) bu yana keçmişli-indikili millət vəkilləri arasında kimlər qohumluq əlaqələrinə malikdir və ya malik olub?
Birinci çağırış MM-in üzvü olmuş indiki dövlət başçısı İlham Əliyevlə həmin vaxt onunla birgə parlamentə təmsil olunmuş və hazırda Xarici işlər nazirinin müavini işləyən Mahmud Məmməd-Quliyev yaxın qohum, qayın-yeznədirlər. Həmçinin, 3 çağırış MM-in üzvü olmuş akademik-mərhum Cəlal Əliyev ölkə başçısının əmisi olub.
Birinci çağırış MM-in digər üzvləri imişlili Elmira Qasımova ilə ağdamlı Çimnaz Əliyeva yaxın qohum, qudadırlar.
İkinci çağırış MM-in üzvü olmuş tanınmış jurnalist Alqış Musayevlə eks-icra başçısı Musa Musayev doğma əmiuşağıdırlar.
İkinci çağırışdan MM-in üzvü olan Musa Quliyevlə üçüncü çağırışdan bu yana parlamentdə təmsil olunan Azay Quliyev həm yerli, həm də yaxın qohumdurlar.
2000-ci ildən MM-in üzvü olan Azər Kərimli ilə 2005-ci ildən MM-də Lənkəranı təmsil edən millət vəkillərindən biri-professor Rüfət Quliyev yaxın qohumdurlar.
Sonun 3 çağırış MM-in üzvü-professor Rafiq Məmmədhəsənovla 2010-cu ildən Şəkini parlamentdə təmsil 3 millət vəkilindən biri-iş adamı Cavanşir Feyziyev qohumdur, qudadırlar.
Eyni zamanda, millət vəkili Cavanşir Paşazadə ilə 4-cü çağırış MM-in üzvü olmuş Hacı Qalib Salahzadə ( eləcə də, 6-cı çağırış seçkilərin qaliblərindən olan oğlu Əliabbas Salahzadə) yaxın qohumdurlar. Belə ki, Hacı Qalibin oğlu C. Paşazadənin qardaşı qızının (Şeyxülislamın qızının) həyat yoldaşıdır.
Bundan başqa, 1990-cu ildən bu yana parlametin üzvü olan Hacı Madər Musayevlə YAP-çı millət vəkillərindən biri qohumluq əlaqələrinə malikdir.
Deyilənlərə görə, Hacı Madərin nəvəsi ilə YAP-çı deputatın nəvəsi bir müddət öncə ailə qurublar…
Bununla yanaşı, 6-cı dəfə seçkilərin qalibi olan Xalq şairi Sabir Rüstəmxanlı ilə sabiq deputat, professor Elton Məmmədov qohumdurlar.
S. Rüstəmxalının oğlu ilə E. Məmmədovun qardaşı qızı evlidirlər.
3 çağırış MM-in üzvü olan və sonuncu seçkilərdə iştirak etməyən Cavid Qurbanovla onun yerinə 123 saylı Kəlbəcər Seçki Dairəsindən seçilən (seçkilərin qalibi olan) Aqil Məmmədov yaxın qohum, yeznə-qayındırlar…
Məşhur “91-lər”dən olan MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həm yerli, həm də yaxın qohumdurlar.
Hər ikisi də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindəndirlər.
Həmçinin, S. Novruzov sabiq vitse-spiker və eks-səfir Yaşar Əliyevin kürəkənidir.
Birinci çağırış MM-in üzvü olmuş AMEA-nın prezidenti Ramiz Mehdiyevlə 4 və 5-ci çağırış parlamentdə təmsil olunmuş iş adamı İlham Əliyev qohumdurlar.
Belə ki, İ. Əliyev R. Mehdiyevin kürəkənidir…
Etikxeber.az