“Qonaq getməməli, qonaq qəbul etməməliyik”-İXTİSASCA HƏKİM OLAN MİLLƏT VƏKİLİ – VİDEO-MÜRACİƏT

Ölkəmizdə bu qlobal təhlükəyə qarşı apardığımız milli mübarizədə həmrəylik və milli birlik göstərməliyik.

Etikxeber.az xəbər verir ki, bunu ixtisasca həkim olan millət vəkili Məlahət İbrahimqızı deyib.

“Bu gün dünya və dünyanın 200-ə yaxın dövləti koronavirus pandemiyasının təhlükəsi ilə mübarizə aparır. Dünyanın ən inkişaf etmiş ölkəlırində belə yüzlərlə öıüm, on minlərlə xəstələnmə var”-deyən millət vəkilinin sözlərinə görə, hər ötən gün virus çox sürətlə yayılır və daha çox insanı yoluxdurur.

“Avropanın hətta İtaliya kimi inkişaf etmiş ölkələrində minlırlə ölüm və on minlərlə xəstələnmə halları var.Koronavirus dünyada ilk qeydə alındığı gündən ölkəmizdə ən az itki olması üçün dövlətimiz bütün güc və imkanlarını səfərbər edib. Təcrübə göstərir ki, koronovirus çox sürətlə yayılır və ən çox 65 yaşdan yuxarı və xəstə insanlar daha çox yoluxur və ağır fəsadlar verir. Dünyanın tanınmış alimləri bildirir ki, mübarizənin effektliliyi üçün tək hökumətin gücü yetərli deyil. Bu mübarizədə hər kəs öz töhfəsini verməlidir.

Ölkəmizdə bu qlobal təhlükəyə qarşı apardığımız milli mübarizədə həmrəylik və milli birlik göstərməliyik. Bunun üçün ilk növbədə ən vacib şərt kimi hərəkıtliliyimizi tam məhdudlaşdırmalıyıq. Hər birimiz məsuliyyətimizi dərk edərək, ciddi dəstək olmalıyıq. Bugün evdə qalmaq zamanıdır. Zəruri ehtiyac yoxdursa, bayıra çıxmamalıyıq, evdə qalmalıyıq. Ancaq evimizdə birgə yaşadığımız ailə üzvlərimizdən başqa heç kimlə təmasda olmamalıyıq. Qonaq getməməli, qonaq qəbul etməməliyik. Bununla biz koronovirusdan xəstələnməni və riskləri minimuma çatdıra bilərik…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Sən demə Amerikanı Tramp, Rusiyanı Putin, Almaniyanı Merkel, Türküyəni Ərdoğan… idarə eləmirmiş!” -RÜSTƏM BEHRUDİ YAZIR

Read Next

“Sevincimizi və dərdlərimizi gəlin birgə bölüşək” – ELXAN SÜLEYMANOV DA BİR İLLİK TƏQAÜDÜNDƏN KEÇDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir