“Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası İrana hər cür dəstək göstərməyə hazırdır”-İLHAM ƏLİYEVDƏN PAYLAŞIM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisini daşıyan helikopterin İranda qəza enişi etməsi ilə bağlı X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Etikxeber.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.

Read Previous

“Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir…Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək…Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır”-AZƏRBAYCAN XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir