“Qonşularımızla münasibətləri normallaşdırırıq…” – ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək (“Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.

Etikxebar.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

“Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik” – deyə, Ərdoğan qeyd edib.

Etikxeber.az   

Read Previous

Sabah hava necə olacaq?

Read Next

“Samsung” “Galaxy A8” (2016) smartfonunu rəsmən təqdim etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir