“Qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın” – İLHAM ƏLİYEV

Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik.

Etikxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.

O, deyib ki, qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək.

“Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir…”-deyə, Prezident əlavə edib.

Etikxeber.az

Read Previous

“Bilirdim ki, regionlarda vəziyyət o qədər də yaxşı deyil…”-PREZİDENT KONFRANS KEÇİRDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Uduzmazsınız…” – BƏRGÜŞADLILAR JALƏ ƏLİYEVA DEDİLƏR – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir