“Qorbaçov Azərbaycana qarşı cinayətlərini təkzib edə bilmir…” – DEPUTAT YAZDI

Son illərin ən çox izlənilən seriallarından biri olan “Çernobıl”da adı çəkilən keçmiş SSRİ prezidenti Mixail Qorbaçov orada səslənən bir epizod haqqında bəyanat verərək bildirib ki, o, belə bir göstəriş verməyib.

Onun operativliyi təəccüb dooğurur.

Nəzərə alsaq ki, Qorbaçov bir çox məsələlər, o cümlədən hakimiyyəti dövründə Azərbaycanla bağlı verdiyi bir sıra göstərişlər barəsində bir qayda olaraq susur.

Məsələn, Azərbaycan xalqının dəyərli nümayəndəsi Heydər Əliyevin SSRİ rəhbərliyindən 1987-ci ildə uzaqlaşdırılması, bundan az sonra Qorbaçovun dəstəyi ilə Ermənistanın və erməni millətçi dairələrin Azərbaycan torpaqlarına iddiası və nəticədə indiyə qədər davam edən Dağlıq Qarabağ münaqişəsi, 1990-cı ilin 20 yanvarında onun göstərişi ilə Bakıya qoşun yeridilərək bir gecədə 170 nəfər öldürülməsi və 700-800 nəfər yaralanması və bir çox digər cinayətlər.

“Çernobıl” serialındakı bir epizoddan fərqli olaraq, Qorbaçov Azərbaycan xalqına qarşı cinayətlərini təkzib edə bilmir…

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha bir Şəhid verdik – MN VƏ XİN BƏYANAT YAYDI – YENİLƏNİB

Read Next

Əliyev Tokayevi təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir