“Qorbaçov bu illərdə hardasa Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deyibmi?” – POLİTOLOQDAN ETİRAZ

Azərbaycanda informasiya ilə manipulyasiya etmək asandır.

Kimsə SSRİ-nin son ilində dağılmış dövlətin ilk və son prezidenti Mixail Qorbaçovun “Vremya” proqramında səslənən çıxışını yayıb.

1991-ci ilin proqramında yayınlanan yazılı məntdə Dağlıq Qarabağdakı vəziyyətdən narahatlıq ifadə edilərək Dağlıq Qarabağın Azərbaycana aid olduğu bildirilir.

Qorbaçov SSRİ-nin var olduğu ildə ayrı nə deməliydi?

O zaman Azərbaycan SSRİ-nin 15 respublikasından biri idi, Dağlıq Qarabağ Azərbaycan ərazisində muxtariyyət idi.

Qorbaçov, sadəcə, mövcud durumu təsdiq edib.

29 il əvvəl səslənən bəyanat təxminən eyni başlıqla saytlarımızın əksəriyyətini bəzəyib.

Bu xəbər o zaman diqqət çəkərdi ki, Mixail Qorbaçov, yayınlanan mətnin üstündən 29 il keçdikdən sonra, yəni SSRİ-nin tarixə qovuşduğu və müstəqil Azərbaycanın var olduğu dönəmdə deyərdi ki, Dağlıq Qarabağ Azərbaycana aiddir.

Qorbaçov bu illərdə hardasa Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deyibmi?

Mən eşitməmişəm.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Bu ölkənin paytaxtında ilk məscid-AÇILACAQ

Read Next

MAKEDONİYALI İSGƏNDƏR VƏ NADİR ŞAH ƏFŞAR : TALE OXŞARLIQLARI – Araz Şəhrili

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir