“Qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT-nin çətiri altında gizlənmək niyyəti də baş tutmur”-DEPUTAT

Ermənistan ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb. Bu, düşmən ölkənin qorxaqlığı, çarəsizliyidir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxundu.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında deputatı Hikmət Babaoğlu bildirib.

O, qeyd edib ki, Ali Baş Komandanımız Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda, baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instinkti ilə dərhal KTMT-yə müraciət etməsidir. Halbuki elə həmin baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsi ilə bağlı qərar qəbul etmişdi. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bax məsələnin riyakarlıq tərəfi elə buradadır:

“Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. Hər şeydən əvvəl ona görə ki, KTMT–yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan başqa, həmin ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var. Müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib. Ona görə də hazırkı vəziyyətdə də adekvat münasibət gözləyir və əslində, elə bu münasibəti də görür. Beləliklə, qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT–nin çətiri altında gizlənmək niyyəti də baş tutmur”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları boşaltmalıdır:

“Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT–yə üzv olan ölkələr də bunu yaxşı bilirlər. Ancaq bir məsələni də mütləq vurğulamaq lazımdır ki, milli davamızda ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır. Bu gün qürurla söyləyə bilirik ki, güclü Ordumuz var və bu ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində oturda bilir və bu, mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq”.

Etikxeber.az

Read Previous

Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub, bütün PUA-lar sıradadır, itki yoxdur, düşmənin PUA-sı, kazarması məhv edilib …-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – YENİLƏNİB – (7) – FOTO-VİDEO

Read Next

“Buna məcburuq, sərtləşdirilmiş karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir