“Qorxurlar ki, biz savaş edərik…” – AQİL ABBAS – RƏY(LƏR)

AYDIN MİRZƏZADƏ: Bu, üçgünlük aprel müharibəsi olmayacaq, aprel, may, iyun savaşı olacaq…

Ermənistan Azərbaycanla müqayisədə mövqeyinin bütün sahələr üzrə çox zəif olduğunu yaxşı bilir. Bununla belə, Azərbaycanda bir xof yaratmağa, Azərbaycanı bu situasiyada səhv addım atmağa cəhd edir. Kim də bilməsə, Ermənistanın müdafiə naziri bilməlidir ki, Azərbaycanın ordusu Ermənistanın ordusundan qat-qat güclüdür, həm texniki-təhcizat, həm də hərbi hazırlıq, döyüş qabiliyyəti cəhətdən.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Ermənistan müdafiə nazirinin son hədələyici və təhdidvari bəyanatına münasibətini bildirərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, əgər Ermənistan Azərbaycana qarşı hər hansı bir hərbi təxribata əl atarsa, bu, artıq 3 günlük aprel müharibəsi deyil, aprel, may, iyun müharibəsi olacaq.

“Nəticədə də Ermənistan aprel döyüşlərindəkindən daha ağır, daha sarsıdıcı zərbə ilə üzləşəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

aydinnn

aqil_abbas_esas

AQİL ABBAS: “Quran” oxumaqla, donuz darıdan çıxmaz. Savaş olacaq, qaçılmazdır. Ordumuzun da gücü var, xalqımızın da istəyi var. Biz udacağıq savaşı… 

Adıçəkilən komitənin üzvü, yazıçı-publisist Aqil Abbas isə Ermənistan müdafiə nazirinin son bəyanatının qorxudan doğan bir təhdid və hədə olduğunu dilə gətirib:

“Ermənistanın arxasında duranlar, erməni ordusuna dəyəri milyardlarla ölçüləcək silahlar verənlər var. Amma hər şeyi silhah həll etmir. Ürək həll edir, təpər həll edir. Düzünü desəm, həmin bəyanatla tanış deyiləm, amma burada bir qorxutmaq məsələsi də var. Soruşurlar ki, niyə hürürsən, deyir ki, qorxuduram, soruşurlar ki, bəs niyə quyruğunu bulayırsan, deyir ki, çünki qorxuram. Həm də min illərdir belə bir atalar məsəlimiz var ki, arxalı köpək qurd basar. Ancaq bununla belə, savaş olacağı təqdirdə, biz udacağıq. Bilirsiniz ki, mən savaş tərəfdarıyam. Torpaqlar sülhlə deyil, savaşla qaytarılacaq. Məsələ var ki, “Quran” oxumaqla, donuz darıdan çıxmaz. Savaş olacaq, qaçılmazdır. Ordumuzun da gücü var, xalqımızın da istəyi var. Biz udacağıq savaşı. Onlar da qorxudan elə budur. Qorxurlar ki, biz savaş edərik. Ancaq savaş olacaq və biz udacağıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev Ərdoğana zəng etdi…

Read Next

Yavaş qazandı: İMAMOĞLUNUN DA QƏLƏBƏSİ TANINACAQMI? – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir