Qoşulmama Hərəkatının Bakı Bəyannaməsi qəbul olundu – YENİLƏNİB

Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənəd qəbul edilib.

Etikxeber.az məlumat verir ki, konfrans çərçivəsində həmçinin Bakı Bəyannaməsi və Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.

***

“BMT qətnamələrinə uyğun olaraq biz ölkələrin ərazi bütövlüyü və milli birliyinin qismən və ya ümumi parçalanmasına yönəlik bütün cəhdlərə qətiyyətlə etiraz etməkdə davam edəcəyik. Bununla biz dövlətlərin suverenliyi, daxili işlərinə qarışmamaq, münaqişələrin sülh yolu ilə həllinə təhdidlərdən və güc tətbiqindən yayınmaq prinsiplərini davam etdirəcəyik”.

Bu, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş aralıq nazirlər konfransının yekununda qəbul edilmiş Bakı Bəyannaməsində əksini tapıb.

Bəyannamədə bildirilir ki, sivilizasiyalar arasında səmərəli dialoqu qurmaq məqsədilə 2008-də Azərbaycan tərəfindən başladılan “Bakı prosesi” mədəniyyətlərarası dialoqun inkişafı üçün açar platforma kimi dəyərləndirilir.

Etikxeber.az

Read Previous

“Dünya birliyinin, həmsədrlərin imkanı və fürsəti var ki…” – DEPUTAT

Read Next

Aprelin 10-u “sükut günü”dür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir