“Qoşulmama Hərəkatının Ermənistanı işğalçı kimi tanıması böyük uğurdur” – DEPUTAT

Ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü və Sammitdə qəbul edilən yekun sənədlərində əks olunan müddəalar bəşəriyyətin maraq və mənafesinin qorunmasına bir töhfədir. Hərəkata sədrliyin 2022-ci ilədək Azərbaycana keçməsi ölkəmizin gündən-günə artan nüfuzunun, sülhün, əmin-amanlığın, əməkdaşlığın möhkəmlənməsinə ümidləri bir daha artırır. Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ bağlı mövqeyinə Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hamısı tərəfindən birmənalı dəstək verilməsi dövlətimizin rəhbərinin apardığı uğurlu siyasətin nəticəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

ali-ilya

tahir_rzayev_C00134

Onun sözlərinə görə, sənəddə Ermənistanın işğalçı dövlət kimi tanınması təqdirəlayiq bir hal və ölkəmizin növbətu uğuru hesab olunmalıdır.

“Ümumiyyətlə, Sammitdə qəbul edilən dörd sənəd BMT-nin daha da möhkəmlənməsinə və yenilənməsinə, Təhlükəsizlik Şurasının islahatlarına çağırış olmaqla, terrorçuluqla mübarizədə səylərin birləşdirilməsinə, ərazi bütövlüyünə və beynəlxalq hüquq prinsiplərinə əməl olunmasına, əməkdaşlığın genişləndirilməsinə, yoxsulluğun aradan qaldırılmasına və iqlim dəyişikliklərinin qarşısının alınmasına, insan hüquqlarının daha da möhkəmləndirilməsinə, ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, təhlükəsizliyin təminatına xidmət edir. Yekun sənəddə məcburi köçkünlərin hüquqlarının təmin olunması ilə əlaqədar müddəanın da yer alması çox əhəmiyyətlidir və vacibdir. Həmçinin sənəddə Sammitin yüksək səviyyədə keçirilməsində təşkilatçılıq nümayiş etdirən Azərbaycan dövlətinə, ölkəmizin rəhbəri İlham Əliyevə edilən minnətdarlıq ifadələri gələcəkdə Hərəkatın daha da genişləndirilməsinə və üzv ölkələrin bu mühüm beynəlxalq tədbirdə səmərəli fəaliyyətinə zəmin yaradır…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Zirvə Görüşü Azərbaycanın daha bir uğuru, daha bir zirvəsi oldu” – ELDƏNİZ SƏLİMOV

Read Next

“Qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır” – ƏLİYEVDƏN ƏRDOĞANA TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir