“Qoşunlarımız sürətli əks-hücum əməliyyatlarını davam etdirir”-MÜDAFİƏ NAZİRLİYİ YENİ MƏLUMAT YAYDI

Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun  Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndl’rinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralanan var:

“Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri susdurulub. Mülki əhalinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib.

Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz mövqelərimizə eniş edib. Qoşunlar sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi sosial şəbəkə istifadəçilərini rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.

Etikxeber.az

Read Previous

Ölkə üzrə internetin verilməsi-MƏHDUDLAŞDIRILDI – RƏSMİ

Read Next

“Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”-MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİLƏRİ VƏ ERMƏNİSTANI TƏKZİB ETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir