“Qoy, bunu beynəlxalq anti-Azərbaycan siyasi dairələr də bilsin…” – DEPUTAT – RƏY(LƏR)

Keçən il Böyük Britaniyanın “Çelsi” komandası Azərbaycanın “Qarabağ” komandası ilə yarışarkən oradan gələn turistlər də deyiblər ki, Bakı şəhəri çox təhlükəsiz şəhərdir. İndi bəs nə baş verdi? Azərbaycana vizanın alınmasını çox mürəkkəb olmasından bəhs edirlər. Bu məsələ prezident İlham Əliyevin birbaşa nəzarətində olan məsələdir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, millət vəkili Elman Nəsirov deyib.

NESIROV ELMAN

O, qeyd edib ki, Azərbaycanda “ASAN Viza” tətbiq edilir.

Onun sözlərinə görə, dünyada Azərbaycan qədər viza almanın sadə olduğu ikinci bir ölkə tapmaq çətindir:

“Bu, hər kəsə gün kimi aydın məsələdir ki, əslində onların güddükləri mətləb tamamilə başqadır. Bu qüvvələr, anti-Azərbaycan siyasi dairələr ona görə narahatdırlar və şər-böhtan kampaniyasına ona görə başlayıblar ki, onlar Azərbaycanda sabitliyin daha da möhkəmləndiyini, təhlükəsiz mühitin daha da gücləndiyini görürlər. Bunun əsasında inkişaf baş verir. Azərbaycanın dünyaya multikulturalizm dəyərlərini ixrac edir. Amma onlar bunun əvəzində islamofobiyanı, ksenofobiyanı, irqçilik nəzəriyyələrini ifraz edirlər. Bu baxımdan, qlobal barışığın və sülhün təminatı üçün Azərbaycan öz multikulturalizmi ilə birgəyaşayışı təbliğ edir, amma onlar qlobal xaos, müsəlman dünyasında qarşıdurma yaratmaq naminə islamofob düşüncələri dünyaya yayırlar. Bu səbəbdən Azərbaycan növbəti dəfə hədəf seçilib. Amma onlar yanılırlar. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız çox gözəl dərk edir ki, bu qüvvələrin əsl niyyəti nədir. Xalqımız həmin bu qüvvələrin əsl niyyətinin Azərbaycandakı sabitliyi pozmaq, təhlükəsizlik mühitini dağıtmaq olduğunu çox gözəl bilir. Azərbaycan xalqı bilir ki, bu sabitliyin, təhlükəsizliyin qarantı xalq-hakimiyyət birliyidir. Xalq-hakimiyyət birliyi olan yerdə heç bir halda sabitlik pozula bilməz, təhlükəsizlik mühiti dağıla bilməz. Onlar bunu çox gözəl dərk edirlər. Ona görə də anti-Azərbaycan beynəlxalq siyasi dairələr bu vəziyyətlə barışmaq istəmirlər, onların yuxusuna haram qatılır. Onlar belə olan vəziyyətdə yenidən ənənəvi şər-böhtan, uydurma kampaniyasını yaymağa başlayırlar. Reallıq bundan ibarətdir. Lakin bir daha qeyd etmək lazımdır ki, onlar ünvanı səhv salıblar. Belə eksperimentləri başqa ölkələrdə həyata keçirsinlər. Azərbaycanda belə eksperimentlərin keçirilməsi üçün heç bir şərait yoxdur. Qoy, bunu beynəlxalq anti-Azərbaycan siyasi dairələr də bilsin. Qoy, bunu onların əlaltı alətlərinə çevrilmiş antimilli ünsürlər də bilsin və qulaqlarına sırğa etsinlər”.

 

Milli Məclisin (MM) Benəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da hesab edir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər.

SEVINNNNC-1

Millət vəkilininin dediyinə görə, məqsəd beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaqdır.

“Amma bütün bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan ictimaiyyəti xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində Azərbaycan qarayaxma kampaniyasının hədəfi olub və bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur. Eləcə də sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sıradadır. Azərbaycan sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri bundan sonra da ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Dünyada ən böyük tamaşaçı auditoriyası olan Formula 1 yarışları bir neçə ildir ki, Bakıda keçirilir. Beynəlxalq ictimaiyyət bunu yüksək dəyərləndirir. Eləcə də 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhərin arasında Bakının da adı var. Bu da ölkəmizə göstərilən böyük etimaddır. Bu mənada, UEFA Avropa Liqasının final oyunları da yüksək səviyyədə təşkil ediləcək. Bütün bunların fonunda aparılan qərəzli kampaniyalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən çox narahatdırlar. Avropa Liqasının final oyunu ərəfəsində bu cür kampaniyalar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Lakin bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcəklər”.

Etikxeber.az

 

 

 

Read Previous

UEFA avrokubokların formatlarında dəyişiklik edir?!

Read Next

Hərbi tibb sahəsində – YENİLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir