Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fəxrəddin Abbasovun Moskvadan Bakıya deportasiya olunması Azərbaycan dövlətinin gücünün, dövlət başçımız cənab İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında qarşılıqlı güvənə dayanan əlaqələrin nəticəsdir.
Etikxeber.az məlumat verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
“Fikrimcə, buna ən çox sevinən bizim talış qardaşlarımız olacaq. Ona görə ki, şərəf hissini itirmiş bu adam bir tərəfdən özünü talış millətçisi kimi təqdim edir, digər tərəfdən də torpaqlarımızın bütünlüyü uğrunda şəhid olan minlərlə soydaşının ruhunu incidərək gedib haylarla işbirliyi qurur, Ermənistan kəşfiyyatının verdiyi müxtəlif tapşırıqları yerinə yetirirdi. İndi bütün bunlara görə məhkəmə qarşısında cavab verəcək. Qoy digər satqınlara da dərs olsun!”-deyə, o, sonra qeyd edib.
Etikxeber.az