“Qoy hamı bilsin və tanısın ki, Azərbaycanın Həsənağa kimi bir Oğlu, İgidi var”-ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏNİN ANASI SƏMİLƏ XANIM – FOTOLAR

Nə qədər ki canımda can var, daim oğlumun xatirəsini yaşadacağam, onu tanıdacağam.

Etikxeber.az xəbər verir ki, bunu Şəhid Həsənağa Abdullazadənin anası Səmilə Abdullazadə Lənkəran şəhərində övladının adını daşıyan küşədə “Şəhid bulağı” kompleksinin açılışında çıxışı zamanı deyib.

Şəhid anası övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.

Qeyd edib ki, oğlu haqqında doymadan, dayanmadan günlərlə, saatlarla danışa bilər.

“Çünki mənim oğlum elə bir oğuldur ki, onun haqqında nə qədər danışsam, doymaram, yorulmaram. O, Qəhrəman, İgid bir oğluldur. O, mənim tək oğlum, tək övladım idi. Vətən üçün doğulmuşdu, Vətən yolunda da Şəhid getdi. Oğlumla Qürur duyuram, Fəxr edirəm. Nə qədər ki canımda can var, daim oğlumun xatirəsini yaşadacağam, onu tanıdacağam. Qoy hamı bilsin və tanısın ki, Azərbaycanın Həsənağa kimi bir Oğlu, İgidi var”-deyə, Səmilə xanım sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

XTQ Kamil Məmmədov-ŞƏHİD KİMİ DƏFN OLUNDU, ANCAQ 8 AYDIR HƏLƏ DƏ ŞƏHİDLİK HAQQI TANINMIR… VƏ MÜƏMMAYA SON QOYULACAQMI, ŞƏHİDİN HAQQI VERİLƏCƏKMİ?

Read Next

29 yaşı tamam olan Şəhid Əzəmi Hüseynovun-CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – MƏZARI ZİYARƏT EDİLDİ, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ VƏ…- FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir