“Qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”-ANAMA SƏDRİNDƏN ƏHALİYƏ ÇAĞIRIŞ

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov son zamanlarda baş vermiş mina hadisələrinə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında vətəndaşları bir daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Təəssüflər olsun ki, mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.

Etikxeber.az

Read Previous

Ailənin iki övladından, iki hərbçi qardaşdan biri-SENTYABR ŞƏHİDİ-BƏRDƏLİ NAMİQ MƏMMƏDLİNİN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜ: 27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, KÖVRƏK, TƏSİRLİ ANLAR YAŞANDI, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva yenidən Ağdama-SƏFƏR ETDİLƏR VƏ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir