“Qoyunların yürüşü” – ÇOBANLAR BERLİNDƏ AKSİYA KEÇİRDİLƏR

Almaniyanın paytaxtında maraqlı və qəribə aksiya keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, paytaxt Berlində “qoyunların yürüşü” keçirilib

Yürüşə, etiraz aksiyasına səbəb isə  ölkə rəhbərliyinin diqqətini çobanlara cəlb etmək olub.

Çobanlar özləri ilə Berlinə gətirdikləri 250-yə yaxın  qoyunun “yürüşü”nü təşkil edib və aksiya Almaniyanın prezident iqamətganının qarşısınacan davam edib.

Çobanlar bu aksiya ilə ölkə rəhbərliyinin və ictimaiyyətin diqqətini onların durumuna və problemlərinə cəlb edə biləcəklərini düşünürlər.

Bu səbəbdən də tələbləri yerinə yetirilənə qədər çobanlardan birinin müşayiəti ilə 5 qoyunun Berlinin küçələrində “gəzib-dolaşması”na qərar veriblər.

Qeyd edək ki, aksiya yerli sakinlər və heyvansevərlər tərəfindən də maraqla qarşılanıb, dəstəklənib.

Etikxeber.az

Read Previous

“Daha səliqəli oynamağa çalışmalıyıq…” – QURBAN QURBANOV

Read Next

Büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək… – GƏLƏN İL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir