Qran-Prinin qalibinə kuboku İlham Əliyev təqdim edib – YENİLƏNİB

“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi oldu.

Etikxeber.az xəbər verir ki, “Mercedes”in pilotu Valtteri Bottas finiş xəttini ikinci, “Williams”ın sürücüsü Lans Stroll isə üçüncü keçdilər.

Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirildi.

Sonra qaliblərə mükafatlar təqdim olundu.

Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim etdi.

İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Etikxeber.az

Read Previous

“Qəbələ” komandası Ukraynanın “Dinamo”, Albaniyanın “Kukesi” və Avstriyanın “Lints” klubları ilə qarşılaşacaq

Read Next

Qəndab Quliyeva dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir