Quba, Qusar və Xızı rayonlarının ərazisinə-QAR YAĞDI

Fevralın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Etikxeber.az-ın xəbərinə görə, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir.

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar yağıb.

Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndində qeydə alınıb- mənfi 15 dərəcə.

Etikxeber.az


Read Previous

“Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü nümunədir” – TURAL İSMAYILOV

Read Next

SƏRT ÜZLÜ ŞAHİDLƏR – Rafael Hüseynov yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir