Quba rayonunda yağan güclü yağış ciddi fəsadlar törətdi

fdac72f1f61afdaa6b87eb41211f82e8.

Ötən gün axşam saatlarında Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Etikxeber.az-ın APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti dayanıb. Ətrafdakı 7 kəndlə əlaqə kəsilib.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Yusif Abidovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, güclü sel rayonun digər kəndlərində də fəsadlar törədib. Qonaqkənd, Cimi, Utuq kəndlərində evləri su basıb. Bəzi kəndlərdə işıq dirəklərini su aparıb və elektrik enerjisinin verilişində problemlər yaranıb.

Dəyən ziyanının araşdırılması və aradan qaldırılması üçün işlər davam etdirilir.

Etikxeber.az

Read Previous

“VAZ” xəndəyə aşdı, sürücü dünyasını dəyişdi

Read Next

İlham Zəkiyev: “Olimpiyaçılarımızın yaratdığı ab-havanın Rioda paralimpiyaçılar tərəfindən davam etdirilməsinə səy göstərəcəyik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir