Quba və Şəkidə ev yandı

Bu gün Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 153 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəkidə həmçinin, qəbiristanlıqda yanğın olub.

Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, dekabrın 4-də saat 19.00 radələrində Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən qəbiristanlığın inzibati ərazisində inşa edilmiş ümumi sahəsi 40 kv/m olan bir otaq və altıaçıqdan ibarət yardımçı tikilidə yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək ərazidəki quru ota, ağaclara və qəbirlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları və orada olan taxta materiallar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

Eyni zamanda, Qubada yanğın hadisəsi qeydə alınıb.

Xəbərə görə, Quba rayonu, Zərdabi qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı  evlər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Toyu vaya döndərdilər – QƏTL

Read Next

Manat avro və lirəyə qarşı bahalaşıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir