Qubada 17 dərəcə şaxta qeydə alınıb – FOTO

Yanvarın 22-dən başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Etikxeber.az xəbər verir ki, havanın kəskin soyuması həm də qarla müşayiət olunub. Quba və Qusarın ucqar yaşayış məntəqələrinə daha çox yağıntı düşüb. Ən çox qar Qubanın Qırız, Qusarın Ləzə kəndlərinə yağıb. Bu ərazilərdə qarın hündürlüyü 15 santımetrə çatır. Ən aşağı temperatur isə Quba rayonunun Xaltan kəndi ərazisində qeydə alınıb – mənfi 17 dərəcə.

Qarın yağması ilə əlaqədar ucqar kəndlərə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, ciddi problem yoxdur.

Etikxeber.az

Read Previous

Astanada Suriya münaqişəsi üzrə danışıqlar başladı

Read Next

Nazarbayevin müraciəti:”Münaqişə qarşılıqlı inam və etimad əsasında sülh yoluyla həll olunmalıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir