Qubada narkotik vasitələrin təsiri altında maşın sürən 10 sürücü, Ağdaşda isə narkotik vasitələrin dövriyyəsini təşkil edən şəxslər saxlanıldı-DİN MƏLUMAT YAYDI

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb.

Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub.

Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Eyni zamanda, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Z.Atakişiyev çətənə kollarının kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib.

Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb.

Onlardan marixuana və çətənə kolları aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Etikxeber.az

Read Previous

20 yaşının tamamında Şəhid olan Nicat Qasımzadənin anası: “Dörd ildir zəngini gözləyirəm…”, nəşi 2 ay 16 gündən sonra tapılan Gündüz Abdullayevin anası: “Axırıncı dəfə danışanda, “ana, hər şey yaxşı olacaq…”-dedi-BİLƏSUVARLI, ZƏHMƏTABADLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNDƏN İKİSİNİN ŞƏRƏFLİ VƏ KƏDƏRLİ HƏYAT HEKAYƏTİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Yaşayış sahəsinə ehtiyacı olan şəhid ailələrinin uçotuna dair yeni prosedur-DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir