Qubalı İkinci Vətən Müharibəsi Şəhidi, üç bacının tək və subay qardaşı, Gizir-SADİQ AZAYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ONUN 31 YAŞI TAMAM OLUR…

Bu gün Quba rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sadiq Xubyar oğlu Azayevin doğum günüdür.

Sadiq Azayevin bu gün 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Sadiq Azayev 1992-ci ilin 11 avqust tarixində Qubanın Qonaqkənd qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri, 3 bacının tək qardaşı olub…

Atası Xubyar kişini illər öncə itirib…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb…

Ancaq sonradan həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunun Giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 1-də danışıb…

Və elə həmin gün Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra, oktyabrın 3-də Qonaqkənd qəsəbəsində torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla təltif olunub…

Sadiq həm də subay olub…

Anası Qızılgül xanım hazırda ailəli qızının olduğu Xaçmazın Yergüc kəndində yaşayır.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı öncə Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Xaçmazın Yergüc kəndində məclis düzənlənəcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək.

Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, Quba Xaçmazdan olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqası: “Qarabağ” Finlandiyanın “HİK” komandasını 2:1 hesabı ilə-MƏĞLUB ETDİ

Read Next

Anası tərəfindən qardaşları ilə birlikdə təkbaşına böyüdülən, hər iki qardaşı İkinci Vətən Müharibəsi iştirakçısı olan-GİZİR, BEŞ MEDAL VƏ BİR ORDENLİ, SUBAY-ŞƏHİD CƏMİL HƏŞİMLİNİN BU GÜN ONSUZ QEYD EDİLƏN 28 YAŞI TAMAM OLUR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir