Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumatda bildirilir ki, dekabrın 5-i günün ikinci yarısından 6-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan Muxtar Respublikasında 1-4 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 santimetr olub.
Etikxeber.az