Qüdrət Həsənquliyev: “İnsanları bu qədər incitmək olmaz…”

“Banklar maliyyə hesabatlarını vaxtında açıqlamalıdır. Vətəndaş da bu məlumatlarla tanış olmalıdır. Çünki, vətəndaşlar pullarını banklara qoyur, sonradan banklar bağlananda vətəndaşlar əziyyət çəkir”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bankların məlumatları açıqlaması təmin olunmalıdır ki, vətəndaş pulunu etibar etdiyi maliyyə təşkilatının vəziyyətini qiymətləndirə bilsin.

Q. Həsənquliyev əlavə edib ki, sığorta şirkətləri də insanları həddindən çox incidir: “Sığorta şirkətləri avtomobili qəzaya uğrayan vətəndaşlara ödəniş etməkdən yayınır. Mənə bununla bağlı vətəndaşlardan çox sayda şikayətlər daxil olur. Mən özüm də bir neçə dəfə sığorta şirkətlərinin nümayəndələri ilə telefonla danışmışam. Ödənişin olunmamasının səbəbini soruşuram. Cavab verirlər ki, avtomobil köhnədir və sairə.İnsanları bu qədər incitmək olmaz. Hesab edirəm ki, sığorta şirkətlərinin bu cür fəaliyyətinin qarşısı alınmalıdır”.

Etikxeber.az

Read Previous

Parlamentin payız sessiyası öz işinə start verdi

Read Next

Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edildi-MM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir