Qüdrət Həsənquliyev: “Mümkün deyil ki, hansısa təşkilatda baş verən korrupsiya faktından rəhbərin xəbəri olmasın…”

Millət vəkili: “Qanun yenidən Azərbaycan reallığına uyğun hazırlanmalıdır, əks təqdirdə səmərə verməyəcək
“Korrupsiyaya qarşı mübarizə haqqında”  qanunana nəzərdə tutulan dəyişikliklər millət vəkillərinin ciddi etirazına səbəb olub
 
Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında  “Korrupsiyaya qarşı mübarizə haqqında”  qanuna edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev  bildirib ki, qanunun 11-1 maddəsinə nəzərdə tutulan dəyişikliklər real həyatda səmərə verməyəcək. “Ona görə ki, Azərbaycanda  dövlət orqanının rəhbərinin xəbəri olmadan  korrupsiya fakt baş verə bilməz. Aşağı vəzifədə çalışan şəxs kimdənsə rüşvət ala bilər, ancaq mümkün deyil ki, təşkilatda baş verən korrupsiya faktından   rəhbərin xəbəri olmasın. Çünki korrupsiya rəhbərin xeyir-duası ilə  həyata keçirilir. O baxmdan, qanuna nəzərdə tutulan dəyişiklik lazım səmərəni  verməyəcək”- deyə, millət vəkili vurğulayıb. Q.Həsənquliyev qanun 11-2 maddəsinə gəldikdə isə gəldikdə isə bildirib ki,  bu yerində olan təklifdir və saxlanılmalıdır. Millət vəkili onu da əlavə edib ki, korrupsiya faktı ilə bağlı şikayətlər Baş Prokurorluq yanında Korrupsiya İdarəsi baxır: “Ancaq şikayətlərin baxılmasına əvvəlcə yenə də Baş Prokurorluq baxır. Prokurorluq da öz növbəsində daxil olan Korrupsiya İdarəsinə tövsiyyə edir ki, filan qədər şikayətə bax, qalanlarına yox. Bu belə olmaz ki. Hesab edirəm ki, şikayətlərə ancaq Korrupsiya İdarəsi baxmalıdır”. 
Millət vəkili Çingiz Qənizadə isə bildirib ki,qanuna nəzərdə tutulan dəyişiklik sanki sənə səndən şikayətim var misalına bənzəyir. Ona görə də qanuna nəzərdə tutulan 11-1 maddəsi işləməyəcək. “Çünki nəzərdə tutulan təkliflər Azərbaycan reallığına uyğun hazırlanmayıb. Kim öz rəhbəri haqqında şikayət verəcək. Bu, mümkün olan deyil. Onun gizliliyini necə qorumaq mümkün olacaq. Rəhbər istənilən halda həmən şəxs barəsində məluamt alacaq və onu müxtəlif formalardan istifadə edərək işdən azad edəcək. Azərbaycanda rəhbərlər tənqidlərə dözümsüz yanaşırlar. Ölkədə  tənqidlərə dözümlü yanaşan yeganə şəxs dövlət başçısı İlham Əliyevdir.
Odur ki, qanuna dəyişiklik daha dərindən işlənilməyib. Ona görə də qanun yenidən Azərbaycan reallığına uyğun hazırlanmalıdır. Əks təqdirdə bu dəyişikliklər səmərə verməyəcək”- deyə, Ç.Qənizadə bildirib. 
Deputat Rafael Cəbrayılov  öz növbəsində qeyd edib ki, korrupsiya ancaq idarə və müəssisə rəhbərinin xeyir-duası ilə həyata keçirilir: “Ola bilməz ki, onsuz hər hansı korrupsiya baş versin. Bu mümkün olan şey deyil. Ona görə də, qanuna dəyişiklik reallığa uyğun hazırlanmalıdır. Yoxsa, bu, səmərə verməyəcək”.
Millət vəkili Azay Quliyev də deyib ki, qanuna nəzərdə tutulan təkliflərin nə qədər mütərəqi olsa belə, bu əlavələr Azərbaycan reallığında z effektini verməyəcək və əlavə problemlər yaradacaq: “Odur ki, qanun layihəsinə bir daha baxılıb daha təkmil formada hazırlanmalıdır”.
Müzakirələrə yekun vuran adıçəkilən komitənin sədri Əli Hüseynli   bildirib ki,  nəzərdə tutulan dəyişikliklərin reallığa uyğun və yaxud da  səmərəli olub-olmamasından asılı olmayaraq,  korrupsiyaya qarşı mübarizənin başqa sivil forması yoxdur. “Amma dediklərinizdə də müəyyən həqiqətlər var. Odur ki, qanuna nəzərdə tutulan təkliflər hamı tərəfindən mütərəqqi ideya kimi  qəbul edildiyindən, tkliflərin Milli Məclisin plenar iclasında müzakirə olunması üçün tövsiyə edək. Ancaq Milli Məclisin plenar sessiyasınadək təşəbbüskar tərəfin nümayəndələri, Korrupsiya İdarəsi, Prezident Administrasiyasının və millət vəkillərinin iştirak ilə işçi qaydada  məsələ bir daha ciddi müzakirə olunsun”- deyə, Ə.Hüseynli bildirib.
Etikxeber.az

Read Previous

İlham Əliyev Xudat-Yalama-Zuxuloba yolunun açılışını etdi, sakinlərlə görüşdü

Read Next

“Döyüşlər zamanı şəhid olanların sayı Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayından az olub”- Millət vəkili

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir