Qüdrət Həsənquliyev “ölüm hökmü”nün bərpasına “hə”, Siyavuş Novruzov “yox” dedi – YENİLƏNİB

Komitə sədri: “Unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər…”

Milli Məclisin (MM) mayın 16-da keçirilən plenar iclasında Azərbaycan hərbçiləri arasında təxribatçıların aşkarlanması məsələsində Rusiyanın iştirakının araşdırılması barədə məsələ qaldırılıb.

Etikxeber.az-ın xəbərinə görə, deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır. O qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, istintaqda iştirak etməlidir:

“Bu məsələdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. İndi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

Millət vəkili eyni zamanda, ölkədə ölüm hökmünün bərpası məsələsini qaldırıb. O, deyib ki, Azərbaycanda yenidən ölüm hökmü bərpa olunmalıdır.

siyavush

 Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə Q. Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib.

S. Novruzov deyib ki, ölüm hökmünün bərpası doğru deyil: 

“Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir.  Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.

Etikxeber.az

Read Previous

Çingiz Qənizdadə: “Hüquq-mühafizə orqanları ilə bir araya gəlib qanun toplusu yaratmalıyıq”

Read Next

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir