“Qüdrətli Azərbaycan abidəsi!” – JALƏ ƏLİYEVANIN BAXIŞI

“Bu gün gözlərimizin önündə möhtəşəm bir abidə ucalır. Qüdrətli Azərbaycan abidəsi. Bu abidə artıq dünyanın hər tərəfindən görünür. Bu abidə – Azərbaycan-  istər yaxından, istər uzaqdan böyük diqqət çəkir, ona maraq artır. Onu görmək istəyənlərin sayı gündən günə  artır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva Nazirlər Kabinetinin 2018-ci il hesabatına münasibətini bildirərkən deyib.

ILHAM ALIYEV_BARDA-2

axc-ilham

O, qeyd edib ki, bu yöndə fikirlərini parlamentin 15 mart tarixli plenar iclasında da dilə gətirib.

Millət vəkilləri sonra bunları bildirib:

“Artıq bütün dünya bilir ki, bölgədə sürətlə böyüyən, gözəlləşən, bir çox inkişaf etmiş dünya ölkələrini geridə qoyan bir ölkə, bir dövlət var. Ən əhəmiyyətlisi isə odur ki, bu ölkədə həyata keçirilən bütün dövlət fəaliyyətlərinin arxasında, aparılan islahatların təməlində – insan amili, insan kapitalı dayanır.

Bu danılmaz bir faktdır ki, ötən dövrdə ölkədə çox böyük islahatlar həyata keçirildi. Xüsusilə sosial sahədə inqilabi addımlar atıldı. Əhalinin sosial təminatının yüksəldilməsi üçün, hətta imkansız olan işlər görüldü.

Hər birimizə məlum olan həqiqətləri, son bir neçə ay yarımda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin bir qismini də olsa burada  bir daha xatırlamaq və xatırlatmaq  istəyərdim.

novruz-basss

Minimum əmək haqqı – 38 % artırıldı və  600000 şəxsə şamil edildi

Minimum pensiyalar – 38% artırıldı və 223 min insana şamil edildi

100000 tələbənin təqaüdü, eyni zamanda doktorantların, magistrların təqaüdü artırıldı

Əlilliyə görə müavinətlər 600000-ə yaxın şəxsi əhatə etdi

Şəhid ailələrinə verilən müavinətlər artırıldı

Əlil uşaqlar və onlara xidmət edənlərə müavinət təyin edildi

Əfqanıstan müharibəsində həlak olanların ailələrinə müavinətlər artırıldı

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat məbləğində vəsait verildi

5900 köçkün ailəsi mənzillə təmin edildi və bu il bu rəqəm  7 minə çatacaq

626 şəhid ailəsinə mənzil verildi. Bu il bu rəqəm 800 olacaq

Bu günə qədər 6500-dən çox şəhid ailəsi mənzillə, evlə təmin edilib.

Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sadələşdirmə sayəsində – 400000 nəfər öz mənzilinə sahib oldu

Problemli kreditlər öz həllini tapdı. Yeri gəlmişkən deyək ki, bu analoqsuz bir addım idi.

Mədəniyyət sahəsi ilə bağlı atılan addımlar son 2 həftədir ki, yaxşı mənada müzakirələrin mövzusuna çevrilib. Mədəniyyətə ulu öndər H.Əliyevin adı ilə bağlı olan böyük himayə və qayğı Azərbaycanda son 15 ildə hər zaman prioritet olub, mədəniyyətimiz  bütün dünyaya tanıdılıb. Son Prezident sərəncamları da, bu sahənin daha da inkişafına, boşluqların doldurulmasına yönəldilmişdir.

Cənab Prezidentin də söylədiyi kimi, bu sadalananlar çox ciddi sosial paketdir. Və bu paketin reallaşması bizim gücümüzü, potensialımızı göstərir. Maliyə imkanlarımızı göstərir. Və bütün bunlar Azərbaycanı bölgədə və dünyada əhəmiyyətli bir yerə çıxardır.

Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı dayanır. Və cənab Prezidentin də söylədiyi kimi, bu hələ son deyil. İslahatlar davam edəcək və Azərbaycan vətəndaşının rifahı daha da yüksələcək.

Sadaladığımız və vaxt darlığı üzündən sadalaya bilmədiyimiz bu nailiyyətlər ölkə vətəndaşlarının sonsuz məmnunluğu, minnətdarlığı ilə qarşılanır.

Azərbaycan vətəndaşı sözün əsl mənasında azərbaycanlı olmağı ilə fəxr edir, qürur hissi keçirir.

Bu qüruru, bu iftixarı bizlərə, Azərbaycan vətəndaşına yaşatdıqlarına görə ölkə rəhbərinə sonsuz minnətdarlığımızı bildiririk.

Hökümət üzvlərinə də, ölkə boyu həyata keçirilən nəhəng quruculuq işlərində yaxından iştirak etdiklərinə və qarşıya qoyulan vəzifələri zamanında və layiqincə yerinə yetirdiklərinə görə təşəkkürümüzü bildiririk. Hörmətli Baş Nazirin geniş və maraqlı təqdim etdiyi hesabatı da həmin vəzifələrin yerinə yetirilmə səviyyəsini işıqlandıran əhəmiyyətli bir sənəd kimi yüksək qiymətləndiririk. Bu hesabat ölkənin real durumunun, böyük tərəqqinin  aynasıdır.

Ötən büdcə müzakirələri və hesabat iclasında parlamentdə səsləndirdiyimiz xahiş və təkliflərimizin müəyyən hissəsini nəzərə aldıqları üçün də təşəkkür edirik.

meclis-oqtay-1

Deputatı olduğum Zərdab rayonunun əhalisinin Bakıya çıxışını təmin edən Zərdab-Mollakənd yolu hazırda həm Zərdab rayonunun, həm də qonşu rayonların – İmişlinin, Ağcabədinin şəhərə çıxışı üçün alternativ, əhəmiyyətli bir yoldur və bu yol, demək olar ki, dağılıb və istifadəsizdir. Odur ki, Zərdab-Mollakənd yolunun əsaslı təmirinə ehtiyac var.

Rayonun 37 yaşayış məntəqəsi demək olar ki, tamamilə qazlaşdırılıb. Cəmi beş kənd qalıb. Tikintisi ötən il üçün plana salınan, lakin hələlik tikintisi başlanmamış Gəndəbil və Ağabağı kəndlərinin 2019-cu ildə qazlaşdırılmasını, eyni zamanda Bəyimli, Alıcanlı və Sileyli kəndlərinin də qazlaşdırılmasının tezləşdirilməsini xahiş edirik.

jala

Bundan iki il əvvəl ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakları ilə rayonda çox möhtəşəm, bütün standartlara cavab verən, əzəmətli bir xəstəxana binası açıldı və bu, əlbəttə ki, sakinlərin çoxdan bəri arzuladıqları, gözlədikləri bir müəssisə idi və bu xəstəxana bütün avadanlıqlarla, dünya standartlı avadanlıqlarla təhciz edilib. Lakin xəstəxananın sadəcə bir təcili yardım maşını var ki, bu da əhalisi 50 mindən artıq olan bir rayon üçün, əlbəttə, çox azdır. Bu məsələnin də nəzərə alınmasını xahiş edirik. Eyni zamanda, rayonun Məlikli və Körpükənd sahə xəstəxanaları üçün yeni bina tikilməsi və ya onların əsaslı təmiri də öz növbəsini gözləyir. Nəzərinizə çatdırım ki, bu xahişimizi də daha əvvəlki illərdə büdcə müzakirəsi zamanı nəzərə çatdırmışıq.

Meliorasiya sahəsi ilə bağlı olaraq isə demək istəyirəm ki, Zərdabda 10 min hektar şoranlaşmış əkin sahəsində kompleks meliorasiya işlərinin aparılmasına ehtiyac hiss olunur. Məsələn, Məlikmudlu, Əlvənd, Otmanoba, Şahhüseynli, Dəkkəoba, Gəndəbil bələdiyyələrinə məxsus əkin sahələrində suvarma işinin təşkilinə ehtiyac var.

Zərdab barama istehsal edən bir rayondur. Lakin bu rayonda barama qəbulu məntəqəsinin olmaması, işləri bir mənada axsadır.

Bir neçə kəlmə də Qarabağ əlilləri üçün bütün ölkəmizdə tikilən, tikilməkdə olan evlər haqqında danışmaq istəyərdim. Bu gün dövlətin böyük bir qayğısı ilə əhatə olunub Qarabağ əlilləri, veteranlar, şəhid ailələri. Zərdab rayonunda da bu qəbildən ailələr üçün bu günə qədər xeyli mənzillər inşa edilib, fərdi evlər tikilib və xahiş edərdik ki, 36 mənzilli binanın tikilməsi, yəni, nəzərdə tutulan 36 mənzilli binanın və fərdi evlərin tikinti işlərinin sürətləndirilməsi üçün əlavə vəsait ayrılması məsələsini də hökumət nəzərində saxlasın.

Eyni zamanda, deputatı olduğum Ucar rayonu ilə də bağlı bir neçə təklif səsləndirmək istərdim. Ucar rayonunun Bərgüşad kəndində 80-ci illərdə tikilən, qonşu 5 kəndin əhalisini su ilə təmin edən Şirvan kanalının genişlənməsinə ehtiyac yaranıb və bunun üçün vəsaitə ehtiyac var. Həmçinin, Bərgüşad və Lək kəndlərinin Mədəniyyət evləri qəzalı vəziyyətdədir. Bu haqda daha əvvəlki çıxışlarımızda da, müraciətlərimizdə də öz fikirlərimizi səsləndirmişdik.

mahatma-jala

Biz bu məsələni də ötən dəfə diqqətə çatdırmışdıq və bir daha nəzərə çatdırmaq istəyirik ki, bu kəndlər hazırda həmin məsələlərin həllini gözləyirlər…”.

Etikxeber.az

Read Previous

Seçicilər Kamil Əliyeva ilə görüşdə nələrdən danışdılar? – FOTOLAR

Read Next

Prezidentimizin xoş məramı hər kəs tərəfindən adekvat dəyərləndirilməlidir – GÖVHƏR BAXŞƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir