Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün-2 iyul tarixində İkinci Vətən Müharibəsi Şəhidlərimizdən üçünün ailəsində olduq…
Yenə də vətənpərvər ziyalılarla-Fərid Nəsibzadə və Hüseyn Xudatovla üç İkinci Vətən Müharibəsi Şəhidimizin-Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin Şəhidləri-İlkin Qələmşah oğlu Əhədzadə, Vüsal Zakir oğlu Teymurov və “20-ci sahə” adlanan ərazinin Şəhidi Əli Aydın oğlu Tağıyevin ailə üzvlərini ziyarət etdik…
Öncə hər üç Şəhidimizin ailəsinə-İlkin Əhədzadənin valideynləri-Asəmən xanım və Qələmşah kişiyə, Vüsal Teymurovun valideynləri-Nahidə xanım və Zakir kişiyə və Əli Tağıyevin valideynləri-Təranə xanım və Aydın kişiyə bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidlərimizin məkanları cənnətlik, ruhları şad olsun!”-dedik…
Bir daha Şəhidlərimizin ruhları qarşısında ehtiramla baş əydiyimizi, daim onlara və Şəhidləri yetişdirən, böyüdən ailələrə, valideynlərə borclu olduğumuzu və olacağımızı bildirdik…
Sonra İlkin Əhədzadə, Vüsal Teymurov və Əli Tağıyev də daxil olmaqla, bütün Şəhidlərimizin ailələrini müqəddəs Qurban bayramı ilə bağlı təbrik etdik, onlara can sağlığı, uzun ömür arzuladıq…
Hər üç Şəhidimizin ailəsini ziyarətimiz iki saatdan çox çəkdi…
Onlarla söhbətləşdik, dərdləşdik…
Qeyd edək ki, ailənin üç oğlan övladından biri olan İlkin Əhədzadə ixtisasca ali hərbi təhsilli olub.
Mayor hərbi rütbəsini daşıyıb.
2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə atılıb və müharibənin 5-ci günü, oktyabrın 1-də Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra, oktyabrın 3-də İkinci Şəhidlər Xiyabanında Şəhadətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Ailəli, üç övlad atası olub.
Ailənin üç övladından, iki qardaşdan biri olan Vüsal Teymurov isə 2012-ci ildə isə Azərbaycan Kooperasiya Universitetini bitirib.
İkinci Qarabağ Savaşı başlayandan bir neçə gün sonra, oktyabrın 5-də müharibəyə, döyüşə yollanıb.
Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə iştirak edən Vüsal Teymurov müharibənin başa çatmasına, Qələbəyə iki gün qalmış- noyabrın 8-də Şuşada ağır döyüşlərdən birində Şəhid olub.
Nəşi 3 gün sonra, noyabrın 11-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra beş medalla təltif olunub.
29 yaşında Şəhid olan Vüsal subay idi.
Ailədə üç qardaşdan biri olan Əli Tağıyev orta təhsilli olub.
İkinci Vətən Müharibəsi zamanı könüllü olaraq, döyüşlərə atılıb.
Sentyabrın 29-dan Şəhidliyinə qədər Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində döyüşüb.
Və Hadrut istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi oktyabrın 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Əli eyni zamanda, nişanlı olub.
Ziyarətimizin sonunda hər üç Şəhidimizin ailəsinə bayram sovqatı təqdim olundu, onlarla xatirə fotoları çəkdirildi…



12:49
***
FOTOLAR:
ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALMIŞ İLKİN ƏHƏDZADƏNİN OCAĞINDA…







AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ VÜSAL TEYMUROVUN OCAĞINDA…
***








16:49
***
AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ ƏLİ TAĞIYEVİN OCAĞINDA…




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





