“Qurban Qurbanov hamımızdan yaxşı araşdıracaq…” – MİLLƏT VƏKİLİNDƏN “QARABAĞ”A DƏSTƏK

“Qarabağ” futbol komandasının bugünkü oyununun nəticələrini komandanın baş məşqçisi Qurban Qurbanov hamımızdan yaxşı araşdıracaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

aydinnn

“Biz isə həmişəki kimi komandamızı sevirik, onu tərk etməyən pərəstişkarlarıyıq, onu ən güclü komanda hesab edirik.

Var ol, əziz komandamız, həmişə sənin yanındayıq.

Hamımız “Qarabağ” lıyıq!”-deyə, millət vəkili sonra qeyd edib.

Millət vəkili “Facebook” statusunda isə bunları yazıb:

“Qarabağ” klubu udsaydı indi sosial şəbəkə komandaya təriflə dolmuşdu.

İndi isə o Çempionlar Liqasında iştirakını dayandıranda onun azarkeşlərinin bir hissəsi tələsik tənqidçilərinə çevirliblər.

Sanki baş məşqçi Qurban Qurbanov oyunu məsləhəti ilə qursaydı, hər şey əla olacaqdı.

Dostlar, idman bir tərəfdən güclünün qələbəsi, digər tərəfdən təsadüfün, gözlənilməz situasiyanın üstünlüyü deməkdir.

Hər oyun idmançını möhkəmləndirir, ona olan inam onu daha da məsuliyyətli edir.

“Qarabağ”a sevgi və tərif o qələbə qazananda yox, uğursuz situasiyaya düşəndə lazımdır.

Onda o güclü olacaq!”.

Etikxeber.az

Read Previous

Millət vəkilləri Mehriban Əliyevanı təbrik etdilər – HƏM “DOSTLUQ” ORDENİNƏ, HƏM DƏ NÖVBƏTİ DOĞUM GÜNÜNƏ GÖRƏ – YENİLƏNİB

Read Next

“Ciddiyyət olan yerdə qalibiyyət gələcək-ümidimizi itirməməliyik” – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir