Qurban Qurbanov: “Oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq”

“UEFA Avropa Liqasında həm bizə, həm də digər təmsilçimiz “Qəbələ”yə uğurlu start arzulayıram. Bir ildən sonra yenidən qrup mərhələsində mübarizəyə başlayırıq”.

Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində Çexiyanın “Slovan” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlər üçün mətbuat konfransında deyib.

Rəqibin güclü kollektiv olduğunu deyən mütəxəssis bildirib: “Slovan” bu il avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçirib və hamısında qələbə qazanıb. Son üç ildə iki dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Futbolçu Riçard Almeyda oyun haqda fikirlərini bildirərək qeyd edib: “Bizi çətin oyun gözləyir. UEFA Avropa Liqasında asan rəqib yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. “Qəbələ” komandasına da uğurlar arzulayıram”.

“Qarabağ”-“Slovan” oyunu sentyabrın 15-də saat 19:00-da “Dalğa Arena”da start götürəcək.

Etikxeber.az

Read Previous

Nazirlik: Yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək

Read Next

“Elmlər Akademiyası” metro stansiyasının birinci vestibülü istifadəyə verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir