Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 26-da Beyləqan rayonunda Füzuli, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.
Komitənin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, qəbul Beyləqan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 7 ) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov, mob: (050) 562-72-32, telefon: ( 021) 24-6-62-99, e-mail:info@scwra.gov.az.
Etikxeber.az