“Qurtuluş 93”-ün sahibi-HƏBS OLUNDU

“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, ibtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Etikxeber.az

Read Previous

XİN İranın Azərbaycan diplomatik korpusunun 4 əməkdaşını “arzuolunmaz şəxs” elan etdiyini-TƏSDİQLƏDİ

Read Next

“Ermənistan silahlı qüvvələri Laçında mühəndis işləri görən traktoru atəşə tutub”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir