“Qurultay olmalıydı, vacibiydi və gözlənilən idi…”-YENİDƏN YAP İDARƏ HEYƏTİNİN ÜZVÜ SEÇİLƏN ELDAR İBRAHİMOV

Partiyamızın növbəti-7-ci qurultayını çox yüksək qiymətləndirirəm. Qurultay olmalıydı, vacibiydi və gözlənilən idi. Belə bir qurultaya doğrudan da, böyük ehtiyac vardı.

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının ilk təşəbbüsçülərindən, məşhur “91-lər”dən olan, professor, hakim partiyanın yenilənmiş İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Qeyd edib ki, ölkə Prezidentinin rəhbərliyi ilə bütün sahələrdə islahatlar, kadr və struktur dəyişiklikləri aparılır.

“Təbii ki, hakim partiya kimi YAP da bu proseslərdən kənarda qala bilməzdi. Çox təəssüf ki, bəziləri zamanında YAP tərəfindən onlara göstərilmiş etimadı doğrultmadılar. YAP-ın da yeniləşməsi, islahatların, ölkə Prezidentinin çağırışlarının ruhuna, tələblərinə cavab verməsi lazım və mütləq idi. Odur ki, YAP-ın növbəti qurultayının keçirilməsinə ehtiyac yarandı və qurultay da vaxtında, məqamında baş tutdu. Qurultayımızda yeni Nizamnamə qəbul edildi. Həmçinin, struktur yenilikləri aparıldı.

İdarə Heyətinin üzvlərinin sayı 20-dən 40-a çatdrıldı və tərkibi də dəyişdirildi. Xeyli yeni üzvlər seçildi. Eyni zamanda, Siyasi Şura ləğv olundu, 35 nəfərdən ibarət Veteranlar Şurası yaradıldı. Həmin Şurada da veteran YAP-çılar, “91-lər” və digər tanınmışlar təmsil olunurlar. Bununla yanaşı, İcra Katibliyi ləğv edildi, onun yerində Mərkəzi Aparat yaradıldı və partiya sədrinin Sərəncamı ilə Tahir Budaqov Mərkəzi Aparatın rəhbəri təyin olundu.

Mənim özüm də yenidən İdarə Heyətinin üzvü seçildim və bu, mənə göstərilmiş böyük etimaddır. Bu etimada görə, partiyamızın sədrinə,YAP-ın rəhbərliyinə, qurultay iştirakçılarına dərin minnətdarlığımı bildirirəm”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var…”-İlham Əliyev – YAP SİYASİ ŞURASI LƏĞV EDİLDİ, 35 NƏFƏRLİK VETERANLAR ŞURASI YARADILDI, İDARƏ HEYƏTİNİN TƏRKİBİ GENİŞLƏNDİRİLDİ, 40 NƏFƏRƏ ÇATDIRILDI, ARİF RƏHİMZADƏ VETERANLAR ŞURASININ SƏDRİ SEÇİLDİ… – FOTOLAR – YENİLƏNİB – (9)

Read Next

“İstər bölgələrdə, istər mərkəzdə tələblərə cavab verməyən, geri təfəkkürlü bəzi adamların mövcudluğu zaman-zaman ümumi işin gedişatına və YAP-ın İlham Əliyevin sürəti ilə ayaqlaşmasına mane olub…”-BİTƏRƏF DEPUTATIN DƏYƏRLƏNDİRMƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir