“Qürur duymamaq mümkün deyil…” – ADİL ƏLİYEV RƏSULZADƏDƏN YAZDI

Bu gün böyük dövlət xadimimiz Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

M.Ə.Rəsulzadə milli ideologiyamızın formalaşmasında, milli dövlətçiliyimizin qurulmasında əvəzsiz işlər görmüş tarixi şəxsiyyətlərimizdən biridir.

Bütün həyatını Azərbaycana bağlayan və onun uğrunda mübarizəyə həsr edən belə bir şəxsiyyətlə qürur duymamaq mümkün deyil. 

Ümumiyyətlə, Cümhuriyyəti quran görkəmli şəxsiyyətlərimiz daima hörmət və sevgi ilə yad edilməlidirlər.

resulzade

Onlar yoxdan bir dövlət qurub, Azərbaycanı beynəlxalq areanda hüquqi-siyasi varlığını ortaya qoydular.

23 ay ərzində Rəsulzadə başda olmaqla, bütün silahdaşları var gücləri ilə müstəqil Azərbaycan qurmaq üçün mübarizə aparırdılar.

İstər Rəsulzadə, istərsə də digər görkəmli xadimlərimizi diqqətdə saxlamalıyıq ki, gənc nəsil onların həyat və fəaliyyətlərindən bəhrələnsinlər.

Bu həm də dövlətimizin daha da güclənməsinə təsir göstərməklə yanaşı, gənclərimizin milli vətənpərvər ruhda yetişməsinə səbəb olar. 

Bu il AXC-nin 100 illiyi qeyd ediləcək. Artıq Prezident İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu, həm tariximizə, həm də milli dəyərlərimizə verilən yüksək qiymətdir.

Adil ƏLİYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Zeytun budağı”: 712 terrorçu məhv edilib – TERRORÇULAR 17 YAŞLI QIZI QƏTLƏ YETİRDİ – DAHA BİR KƏND AZAD OLUNDU – FOTO – YENİLƏNİB – (1)

Read Next

Ərdoğanla Putin arasında növbəti telefon görüşməsi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir