“Qürur hissi ilə bildirmək istərdim ki…”-ELŞAD MİRBƏŞİROĞLU

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Qürur hissi ilə bildirmək istərdim ki, təsdiq olunmuş 5 komissiya üzvündən biri də mən oldum. Milli Məclis tərəfindən göstərilən bu etimad şəxsim adına böyük şərəf olmaqla yanaşı, həm də üzərimdə böyük məsuliyyət qoyur. Başda Milli Məclisin rəhbərliyi olmaqla, məni bu vəzifəyə layiq görən, etimad göstərən bütün həmkarlarıma dərin minnətdarlığımı ifadə edirəm.

Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən Komssiyanın üzvü seçilən millət vəkili Elşad Mirbəşiroğlu deyib.

“Məlumat üçün qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin olunmağım qarşımda çox böyük vəzifələr qoyur. Əlbəttə ki, əsas vəzifəm Prezident İlham Əliyev tərəfindən korrupsiyaya qarşı həyata keçirilən sistemli islahatlara millət vəkili olaraq töhfə verməkdir. Cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə yorulmaz və qətiyyətli fəaliyyəti qarşıdakı dövr ərzində başlıca ilham mənbəyimiz olacaq. Bu istiqamətdə ölkəmizin əldə etdiyi müsbət dinamikanın daha da möhkəmlənməsi və ölkəmizin beynəlxalq anti-korrupsiya reytinqlərində daha yaxşı mövqelərdə qərarlaşması üçün var gücümlə çalışacağam. Bu məsuliyyətli yolda birgə fəaliyyət göstərəcəyim hörmətli həmkarlarım Adil Əliyev, Əminə Ağazadə və Arzu Nağıyevə, eyni zamanda Milli Məclis Aparatının rəhbəri hörmətli Səfa Mirzəyevə uğurlar diləyirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

338 yeni yoluxma faktı qeydə alındı-DAHA 4 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Read Next

“Təhsil və səhiyyə obyektlərində ciddi təmir tikinti işlərinin aparılmasına, habelə kadr təminatına ehtiyac var”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir