Qusarda şəhid Çingiz Qurbanovun dəfn mərasimi keçirilir – FOTOLAR

Qusar şəhərindəki Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanovun dəfn mərasimi keçirilir.

Etikxeber.az APA-ya istinadən məlumat verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları (Azər Badamov, Qənirə Paşayeva, Əflatun Amaşov və sairə), şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

shehid-chingiz-qurbanov-defn-4shehid-chingiz-qurbanov-defn-2

Etikxeber.az

Read Previous

Xocalı soyqırımı ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir- BAŞ PROKURORLUQ

Read Next

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir