Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
51 saylı Qusar Seçki Dairəsi üzrə deputatlığa namizəd Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun gəncləri ilə görüş keçirib.
Etikxeber.az xəbər verir ki, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deputatlığa namizəd Azər Badamovun fəaliyyəti barədə danışaraq, seçiciləri ona səs verməyə çağırıb.
Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edərək Milli Məclisin (MM) deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.
Gəncləri qarşıdan gələn 2 Fevral Gənclər Günü münasibətilə təbrik edib və dövlətin gənclər siyasəti haqqında danışıb.
Görüşdə iştirak edən fəal gənclərdən Ramella Əliyarova, Ayaz Abdullayev və Samirə Qasımova çıxış edərək qusarlı gənclərin 9 fevralda keçiriləcək parlament seçkilərində yekdilliklə Azər Badamovu dəstəkləyəcəklərini bildiriblər.
Etikxeber.az