“Quşçubaba” “Baharlı”, “Tsakuri” “Hünərli”-ADLANACAQ – MƏSƏLƏ MM-İN PLENAR İCLASINA TÖVSİYƏ OLUNDU

Noyabrın 13-də  Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, komitə sədri iclasın gündəliyi barədə məlumat verib.

Qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qeyd edilib ki,  Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq  ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır.

Komitə sədri Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adı ilə bağlı bildirib ki, bu kənd qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə  əks etdirir. 

Sonra   deputatlar Məzahir ƏfəndiyevTahir Rzayev müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd ediblər ki, kəndlərimizə verilən yeni adlar müasir dövrün reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir.

İclasın sonunda qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

“Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində, qədim Qarabağımızda, onun bütün şəhər,qəsəbə və kəndlərində yeni bir mərhələ başlayır…”-MİLLƏT VƏKİLİ

Read Next

“Bundan sonra bir daha düşmənə fürsət verməmək üçün biz birlik olub Şuşanı elə dirçəltməliyik, elə bərpa edib qorumalıyıq ki, xain qonşularımız məkrli niyyətlərini heç vaxt həyata keçirə bilməsin…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir