Qutteriş BMT-nin yeni baş katibi oldu

BMT-nin yeni baş katibi seçilib.

Etikxeber.az-ın məlumatına görə, yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb.

O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

Etikxeber.az

Read Previous

Oktyabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Oktyabrın 31-dən noyabrın 5-dək ikinci elm festivalı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir