İslam Məsləhət Şurasında olan deputatlarımız iranlılar tərəfindən alqışlandı…

Yanvar ayının 11-də Azərbaycan Respublikasının dövlət nümayəndə heyəti İran İslam Respublikasının keçmiş Prezidenti Həşimi Rəfsancanının yas mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehran şəhərində səfərdə oldular.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatları İsa Həbibbəyli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələməov, Nəriman Əliev və mən, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev daxil idililər:

“Nümayəndə heyəti İranın Ali Rəhbəri Əli Hüseyni Xomeneinin təşkil etdiyi dövlət yas mərasimində iştirak etdilər və baş sağlığı verdilər.

Həmçinin səfər çərçivəsində Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdü və Azərbaycan dövlətinin başsağlığını İran dövlətinə çatdırdı.

Azərbaycan nümayəndə heyəti İran İslam Respublikası İslam Məsləhət Şurasının ( parlamentinin) də iclasında iştirak etdilər. Parlament üzvləri Azərbaycan nümayəndə heyətinin iclasda iştirakı xəbərini ayağa qalxaraq alqışlarla qarşıladılar”.

Etikxeber.az

Read Previous

Yeni müavini həm də yaxın dostu və tələbə yoldaşı imiş…

Read Next

“Vəhşi”, “adamayeyən”, “qaniçən”…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir