Rəhimov Sirvana gedir…

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, qəbulda  Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunanan rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Etikxeber.az

Read Previous

Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə səyyar qəbul dekabrın 9-da keçiriləcək

Read Next

2017-ci ildə qızılın bir unsiyası 1300 dollar olacaq – PROQNOZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir