“Rəhmətlik anamın atası belçikalı olub…Nənəm isə yarırus, yarıpolyak olub…”-ARTUR RASİ-ZADƏ

Yazılanlardan məlumatım var. Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir. Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da, atasının hansısa millətdən olması hardasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib.

Etikxeber.az xəbər verir ki, bunu sabiq baş nazir Artur Rasi-zadə Modern.az-a geniş müsahibəsində “Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik” sualına cavabında deyib.

O, sonra qeyd edib: 

“Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.

Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!

Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq “bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular.  Birmənalı olaraq “yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular.

“Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir…”.

Etikxeber.az

Read Previous

“Bu dövlət səhidinin qanını yerdə qoymayacaq”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Read Next

“Ali Baş Komandanımızın qeyd etdiyi kimi, düşmənə yenidən onun öz yerini göstərəcəyik”-JALƏ ƏLİYEVA İŞĞALÇI ERMƏNİSTANIN YENİ VƏ DAHA AĞIR “APREL DÖYÜŞLƏRİ” İLƏ ÜZ-ÜZƏ QALACAĞINI İSTİSNA ETMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir