“Rəhmətlik yoldaşım məşhur Vəkilovlar nəslindəndir, oğlum-Şəhidim Səməd Vurğunun doğmaca əmisi nəvəsidir…”-AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, 8 İLİN HƏRBÇİSİ, NƏŞİ 7 AY 9 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN DAŞKƏSƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN ANASI NƏRGİZ VƏKİLOVA – FOTOLAR

Daşkəsənli İkinci Vətən Müharibəsi Şəhidimiz Elməddin Nizami oğlu Vəkilov…

Soyadından da göründüyü kimi, məşhur-Qazaxlı Vəkilovlar nəslindən olan Nur üzlü Şəhidimiz…

Böyük şairimiz Səməd Vurğunun dost-doğmaca əmisi nəvəsi olan İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…

Cəmi 32 yaşında Torpaq, Vətən, Qarabağ uğrunda canını fəda edən Vətən fədaimiz…

Elməddinin valideynləri əslən Qazaxlı olsalar da, Qərbi Azərbaycanda (indiki Ermənistanda) yaşayıblar, məlum Qarabağ hadisələrindən sonra isə qaçqın kimi Daşkəsən rayonuna pəhan gətiriblər…

Elməddin də məhz həmin ağır, çətin, çalxantılı günlərdən birində dünyaya gəlib…

1988-ci ilin 21 avqust tarixində dünyaya göz açıb…

Ailəninin üç oğlan övladından biri və evin ortancılı olub…

Həm təlim-tərbiyəsi, həm hər kəsə qarşı səmimi, istiqanlı münasibəti, həm də Vətənsevərliyi ilə seçilib, fərqlənib…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

2013-cü ildən, 25 yaşından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

8 ilə yaxın Orduda peşəkar hərbçi kimi fəaliyyət göstərib…

2020-ci ilin sentyabr ayının 27-dən isə İkinci Vətən Müharibəsinə, qanlı döyüşlərə qatılıb…

Şərəfli döyüş yolu cəmi 3 gün çəkib…

Və sentyabrın 29-da Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Amma uzun müddət onun nəşini tapmaq mümkün olmayıb…

Nəşi yalnız 7 ay 9 gündən sonra əldə edilib, 2021-ci ilin may ayının 8-də Daşkəsən rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub…

O, həm də evli olub…

Şəhidliyindən cəmi bir il öncə ailə həyatı qursa da, övladı olmayıb…

Həm də Şəhidliyindən iki il öncə, 2018-ci ildə isə atasını itirib…

***

Dünən-17 avqust 2023-cü il tarixində də Şəhid və Qazi atası, özü də Qazi olan Goranboylu İlqar Əliyevlə Şəhidimizin anası Nərgiz xanımı, Şəhid ocağını və Elməddin Vəkilovun məzarını ziyarət etdik…

Şəhidimizin anası və doğmalarına Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik…

Eyni zamanda, Şəhidimizin anası Nərgiz Vəkilovaya Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…

Ziyarətimiz təxminən yarım saat çəkdi və bir daha Şəhidimizin ailəsinə, övlad həsrətli anasına Allahdan səbr diləyərək, sağollaşıb ayrıldıq…

Məqamı Uca, ruhu şad olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir-SABAH

Read Next

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin əvəzsiz hissəsidir”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir