Rəqabət Məcəlləsinə hansı qurum mane olur: MN, İN, yoxsa, PA?

Son illər ən çox dartışılan və mübahisələrə səbəb olan qanun layihələrindən biri də Rəqabət Məcəlləsidir.

Bu Məcəllənin müzakirəsi və qəbulu nəzərdə tutulsa da, 10 ildən çoxdur ki, bu, mümkün olmur.

Hələ 3-cü çağırış (2005-2010-cu illər) parlament dövründə parlamentin plenar iclasının müzakirəsinə çıxarılaraq, birinci oxunuşdan keçsə də, Məcəllənin ikinci və sonuncu-üçüncü oxunuşlarda müzakirəsi və qəbulu baş tutmur.

Hətta, Məcəllənin yenidən hazırlanaraq, birinci oxunuşun müzakirələrinə təqdim ediləcəyi ilə bağlı fikirlər səsləndirilsə də, hələ də bu yöndə bir xəbər yoxdur.

Qeyd edək ki, parlamentin elə bir sessiyası olmir ki, bu məsələ gündəmə gətirilməsin.

Xüsusilə də, millət vəkillərindən daha çox Vahid Əhmədovla Əli Məsimli bu məsələdə israrlı olurlar.

Onlar hər sessiyanın qanunvericilik işləri planı müzakirə olunanda, həmçinin, üzv olduqları İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslarında bu məsələni qaldırır və onun müsbət həllini tələb edirlər.

Qeyd edirlər ki, bu Məcəllənin qəbulu və icrası mümkün olmadan, monopoliya hallarına qarşı mübrizə səmərəli olmayacaq.

Hər dəfə də Məcəllənin üzərində işlərin getdiyi, bəzi dəqiqləşdirmələrin aparıldığı bildirilir və bununla kifayətlənilir.

maliyya

iqtisad nazirliyi

administrasiya

Onu da qeyd edək ki, Məcəllənin hazırlanması ilə İqtisadiyyat və Maliyyə nazirliklərinin, o cümlədən, Prezident Administrasiyasının  (PA) müvafiq şöbəsinin məşğul olduğu söylənilir.

Həmçinin, bu yöndə beynəlxalq ekspertlərlə də məsləhətləşmələr, müzakirələr aparıldığı bildirilir.

Ancaq sonuc olaraq, ortaya hansısa bir layihə qoyulmayıb və qoyulmur.

Saytımıza daxil olan məlumatda isə bildirilir ki, bəzi dövlət qurumları və məsul şəxslər bu Məcələnnin qəbulunda maraqlı görünmürlər, hətta, onun qəbuluna maneçilik törədirlər.

Bu səbəbdən də, Məcəllənin parlament müzakirələrinə çıxarılması ildən-ilə, hər sessiyadan-sessiyaya uzadılır, təxirə salınır.

“Ancaq dövlət başçısı bu Məcəllənin qəbulunda, monopoliya elementlərinin aradan qaldırılmasında, monopliya hallarına qarşı daha ciddi ölçü götürülməsində maraqlıdır. Bu baxımdan da, Məcəllənin qəbulu gündəmdən çıxarılmayıb, o, nə vaxtsa mütləq müzakirələrə çıxarılacaq və qəbul olunacaq”-deyə, məlumatda sonra bildirilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Nazirlik regionlara düşən yağıntının miqdarını açıqladı

Read Next

“Onların hamısı çox həyacanlıdırlar…” – FİRƏNGİZ ƏLİZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir